Aqil Abbasdan oğlunun cəzalanmasına REAKSİYA – “Səhvi olub...”

Hazırda oxunan: Aqil Abbasdan oğlunun cəzalanmasına REAKSİYA – “Səhvi olub...”

55728

Deputat Aqil Abbasın oğlu,  Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasova töhmət verilib. 

Tuncay Abbasova işində yol verdiyi nöqsanlara görə, daha doğrusu Binəqədi RPİ-nin rəisi Musa Musayevin tapşırıqlarını vaxtında icra etmədiyinə görə cəzalandırıldığı deyilir.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan deputat Aqil Abbas oğlunun töhmət alması məsələsinə belə münasibət bildirib:

“Xəbərim yoxdur. Mən oğlumla evdə iş məsələsini söhbət etmirəm. Töhmət verilibsə, demək ki, belə məsləhətdir. Nə isə səhvi olub ki, cəzalanıb”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin