Amerikanın nüfuzlu “The Washington Post” qəzeti Azərbaycanın dağ kəndlərinin məişət həyatı və yaşayış məntəqələrindəki dəyişikliklər barədə reportaj hazırlayıb.
Bizim.Media xəbər verir ki, yazıda Qubanın Qafqaz dağları ilə əhatə olunduğu, müxtəlif etnik qrupların yaşadığı kəndlər barədə məlumat yer alıb.
“Quba dəniz səviyyəsindən təxminən 2000 fut (609.60 m), Xınalıq isə 7700 fut (2347 m) yüksəklikdə yerləşir. Yoxuş uzun və dolamadır. Qafqaz dağları hündür və qorxunc olmaqla yanaşı, həm də köçərilərin bir zamanlar gizləndiyi mağaralarla doludur. Təxminən, Qərbi Virciniya (ABŞ-da ştat – Red) ölçüsündə ərazidə ayrı-ayrı dillərdə danışan etnik qruplar, xalqlar var: “Təkcə Xınalıq deyil, həm də Buduq, Qrız, Cek, Tsaxur və Nic qəsəbələri, hətta bir neçəsinin adlarını çəkmək olar ki, öz dillərində danışırlar”, – deyə məqalədə qeyd olunub.
Xınalığın YUNESKO-nun Ümumdünya İrs siyahısına daxil olduğu və Azərbaycan turizm sektorunun bu ərazini təbliğ etdiyi vurğulanıb. Sözügedən əraziyə yeni yolun çəkilişinin gediş-gəlişi bir qədər asanlaşdırdığı diqqətə çatdırılıb.
Reportajda kənd evləri, qalın paltar geyinmiş sakinlərin buzlu cığırlarda aşağı-yuxarı getmələri, bir sözlə, Xınalığın gündəlik yaşam tərzi təsvir olunub.
Patterson adlı portuqal müəllif reportajında kənd sakini Rəhmanın onları iki mərtəbəli evinə çay içməyə dəvət etdiyinə də yer verib:
“Onun binasında yükü təxminən 300 dollara Qubadan gətirilən böyük bir taxta yığını üstünlük təşkil edirdi. Əzilmiş gümüş samovara bir neçə çubuq saldı. Suyun qaynamasını gözlədiyimiz müddətdə Rəhman evə yeni əlavə olan WiFi-yə qoşulmağımı çox istəyirdi. Aranda çoxlarının mənə dediyinin əksinə olaraq, artıq neçə illərdir ki, kənddə telefon və televizor var.
Rəhman oğlunun Bakıda universitetdə oxuduğunu xatırladaraq “İnsanlar gedirlər” deyib.
Soruşdum ki, özü niyə bu qədər uzun müddət qalıb? “Bura mənim Vətənimdir və bu kifayətdir”, - deyə o cavab verdi”.
Reportajın tam mətni ilə tanış olmaq üçün linkə keçid edə bilərsiniz.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:39 / 17.01.2022
“The Washington Post” qəzeti Qubanı Qərbi Virciniyaya bənzətdi – REPORTAJ/FOTO
Hazırda oxunan: “The Washington Post” qəzeti Qubanı Qərbi Virciniyaya bənzətdi – REPORTAJ/FOTO
Hazırda oxunan: “The Washington Post” qəzeti Qubanı Qərbi Virciniyaya bənzətdi – REPORTAJ/FOTO
55706
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.