"Orqan köçürülməsi mafioz qruplaşmalara fürsət verə bilər" - İlahiyyatçıdan AÇIQLAMA 

Hazırda oxunan: "Orqan köçürülməsi mafioz qruplaşmalara fürsət verə bilər" - İlahiyyatçıdan AÇIQLAMA 

55702

Azərbaycanda bu il yanvarın 1-də meyitdən alınmış orqanların insanlara köçürülməsinə dair qanun qüvvəyə minib. Hazırda bu məsələ üzərində işlər aparılır və sosial-hüquqi baza yaradılır. 

Bu qanun insanlar tərəfindən birmənalı qarşılanmayıb. Bəzi insanlar bu qanuna dini və mənəvi aspektlərdən yanaşaraq doğru olmadığını düşünürlər. 

İlahiyyatçı Elşad Miri Bizim.Media-ya açıqlamasında bütün suallara aydınlıq gətirib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın 14 xəstəxanasında orqan köçürülməsi həyata keçirilir - SİYAHI


Onun sözlərinə görə, bu qanun savab əməl hesab olunur: 

"Bu qanunu çox təqdirəlayiq hesab edirəm. Ümumiyyətlə Qurani Kərimin "Maidə" surəsində də bu barədə danışılır. Surədə qeyd edilir ki, bir insana həyat bəxş etmək, bütün bəşəriyyəti xilas etmək deməkdir. Ona görə də insan dünyasını dəyişdikdən sonra orqanlarını özü ilə birgə torpağa aparmaqdansa, orqana ehtiyacı olan şəxsə verməsi, onu ağrı, əzabdan qurtarması daha savab əməldir. Sadəcə bəzən iddia edirlər ki, bədənimiz Allahın verdiyi əmanətdir. Ona toxunmaq olmaz, ruhu incidilə bilər, necə varsa elə də torpağa geri qaytarılsın. Amma bu fikirdə olan insanlar düşünmürlər ki, bir gün onlara da kömək lazım ola bilər.

Həmçinin hazırda bir neçə bədən üzvü, orqanı olmayan qazilərimiz var. Belə çıxır ki, onların da ruhları incidilir? Ruhun incinməsi məsələsi isə heç də əsaslı məlumat deyil, mənəvi məsələlərdir. 


Həmçinin ilahiyyatçı bu məsələlərdə diqqətli olmağı, mafioz qruplara fürsət verməməyi diqqətə çatdırıb:

"Lakin burda vacib qeyd olunmalı hal var ki, inanıram dövlətimiz tərəfindən buna güclü nəzarət mexanizmi tətbiq olunacaq və insan alveri ilə, orqan oğurluğu ilə məşğul olan mafioz qruplaşmaların əlinə fürsət düşməyəcək". 

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin