Bu gündən Azərbaycan Milli Məclisinin deputatları tətildən qayıdıblar.
Bizim.Media xəbər verir ki, qanunverici orqanının üzvlərinin tətili dekabrın 30-dan yanvarın 17-dək davam edib.
Belə ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatların tətil müddəti yanvarın 15-dək davam etməlidir. Həmin tarix isə şənbə gününə təsadüf etdiyindən deputatlar bu gündən işə çıxacaqlar.
Parlamentin komitə iclaslarının keçirilməsinə isə sabahdan başlanılacaq.
Qeyd edək ki, Milli Məclis hər il yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.
Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, tətil dövründə qanunverici orqanın növbədənkənar sessiyası çağırıldıqda parlamentin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:18 / 17.01.2022
Milli Məclisin deputatları tətildən qayıtdı - Bu gündən işə çıxacaqlar
Hazırda oxunan: Milli Məclisin deputatları tətildən qayıtdı - Bu gündən işə çıxacaqlar
Hazırda oxunan: Milli Məclisin deputatları tətildən qayıtdı - Bu gündən işə çıxacaqlar
55700
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.