Qubaya 20 sm qar yağdı - FOTO

Hazırda oxunan: Qubaya 20 sm qar yağdı - FOTO

55695

Şimal bölgəsi rayonlarına bu gecə düşən  qar ən çox Quba şəhərində müşahidə edilib: 20 sm.

Bizim.Media xəbər verir ki, Qrız kəndinə 15, Xaltan kəndinə  və Xızının Altıağac qəsəbəsinə isə  12 sm qar yağıb.

Ən çox şaxta isə 15 dərəcə olmaqla Qrız kəndində qeydə alınıb.

Gecə saatlarından başlayan qar Xaçmazın enerji  təsərrüfatına xeyli  ziyan vurub. Saat 1-dən rayonun 9 xətti üzrə enerji verilişi dayanıb.

“Azərişıq”ın Xaçmaz elektrik şəbəkəsindən aldığımız  məlumata görə, 8 xətt üzrə işığın verilişi bərpa edilsə də 5 kənddə hələ də enerji yoxdur.

Qurumun qəza briqadası fəsadların aradan qaldırılması işlərini davam etdirir.



Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin