Cüdo üzrə 18 yaşadək yeniyetmələrin Azərbaycan birinciliyində üçüncü – son günün yarışları keçirilib.
Bizim.Media Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, bu gün oğlanlar arasında 55 (61 nəfər), 73 (44 nəfər), +90 (24 nəfər), qızlar arasında isə 44 (7 nəfər), 57 (10 nəfər), +70 (5 nəfər) kiloqram çəki dərəcələrində yarışlar keçirilib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan Cüdo Federasiyasında yeni TƏYİNAT
Yekun nəticələrə görə, Xumar Qasımzadə (44 kq), Telli Atazadə (57 kq), Nigar Süleymanova (70 kq) qızlar arasında keçirilən yarışlarda yüksək nəticə əldə edərək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar. Fikrət Nəcəfov (55 kq), Süleyman Əliyev (73 kq), Ramazan Əhmədov (+90 kq) isə oğlanların yarışında Azərbaycan birinciliyinin qalibi olublar.
Ümumi komanda hesabında Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi birinci yeri tutub.
“Neftçi” idman klubu ikinci, Təhsil Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin komandası üçüncü yerə sahib olublar.
Bununla da yeniyetmələrin Azərbaycan birinciliyinə yekun vurulub.
Xatırladaq ki, birincilikdə ümumilikdə, 514 idmançı (439 oğlan, 75 qız) medallar uğrunda mübarizə aparıb.
Bizim.Media