Azərbaycan-Ukrayna əməkdaşlığı kimləri qıcıqlandırır? - Rusiyadan ŞƏRH

Hazırda oxunan: Azərbaycan-Ukrayna əməkdaşlığı kimləri qıcıqlandırır? - Rusiyadan ŞƏRH

55591

Postsovet məkanında son siyasi hadisələr indi istənilən ölkənin addımlarına daha böyük bucaqdan baxmağa məcbur edir. İndi az qala hər addım kimin kim tərəfində olmasına dəlalət edir kimi siyasi qiymət verirlər.

Bu baxımdan Azərbaycan Prezidentinin Ukraynaya son səfəri müxtəlif siyasi mərkəzlər və ekspertlər tərəfindən elə bu cür qarşılanır. Xüsusilə Azərbacan-Ukrayna arasında olan isti münasibətlər Moskva tərəfindən qısqanclıqla qarşılanacaq deyə, fikirlər dolaşır.

Münasibət öyrənmək üçün elə Moskvada fəaliyyət göstərən azərbaycanlı jurnalist-politoloq Anar Həsənova müraciət etdik:
 

MÖVZU İLƏ BAĞLI:

“Biz niyə kiminsə maraqlarına uyğun hərəkət etməliyik?” – Prezidentin Ukrayna səfərinin ŞƏRHİ


"Birincisi, Rusiya böyük diplomatiya tarixinə sahib olan dövlətdir və Kremldə Azərbaycan-Ukrayna münasibətlərinin antirusiya məzmunlu olmadığına əmindirlər.  Ikincisi, İlham Əliyev peşəkar diplomat kimi Kiyevdən Rusiyanı narazı salacaq və siyasi opponentlərin sui-istifadə edə biləcəyi heç bir bəyanat vermədi.

Nəhayət, Moskvada Ukrayna, Kievdə Rusiya səfirliyi fəaliyyət göstərir, başqa sözlə, dövlətlər arasında gərginlik yaşansa da, onlar müharibə vəziyyətində olan dövlətlər deyil ki, Azərbaycan-Ukrayna münasibətləri Rusiyada qıcıq yaratsın".

Bu sözlər politoloq Anar Həsənov Bizim.Media üçün hazırladığı şərhdə qeyd edib. Rusiyada yaşayan azərbaycanlı politoloqun şərhinin davamını təqdim edirik:

"Rusiyada yaxşı anlayırlar ki, Azərbaycan-Ukrayna münasibətləri 3-cü dövlətə qarşıdırsa, həmin dövlət Ermənistandır. Başqa sözlə, iqtisadi-humanitar əlaqələrdən savayı, Azərbaycanın Ukraynadan istədiyi beynəlxalq siyasi arenalarda onun maraqlarını qorumaqdır ki, bu işdə hər iki dövlətin oxşar problemləri var. Azərbaycanın Krımı Ukrayna ərazisi kimi tanıması, Şimali Kipri müstəqil dövlət kimi tanımaması eyni siyasi dəsti xəttdir ki, bu xarici siyasət Rusiyada, Türkiyədə anlaşılır.

Azərbaycan ərazi bütövlüyü tam olan Belarus deyil ki, Rusiya ondan Krımı Rusiya kimi tanımağı gözləsin. Odur ki,narahatçılığa ehtiyac yoxdur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin