Fransız jurnalist Tunisdəki aksiyada döyüldü

Hazırda oxunan: Fransız jurnalist Tunisdəki aksiyada döyüldü

55580

Tunisdə etiraz aksiyası zamanı Fransanın “Libération” qəzetinin müxbiri polis tərəfindən döyülüb.

Bizim.Media xəbər verir ki, bu barədə "Al-Arabiya" telekanalı məlumat yayıb.

Fransız müxbir Matye Qaltye aksiya zamanı nümayişçilərdən birinin vəhşicəsinə saxlanmasını lentə alıb. Onun sözlərinə görə, o, mətbuat işçisi olduğunu desə də, polis onun telefonunu əlindən almağa çalışarkən mübahisə yaranıb.

Qeyd edək ki, Tunisin müxalifət partiyaları Prezident Qais Səidin parlamentin fəaliyyətini dondurmaq barədə qərarına qarşı etiraz aksiyaları keçirib.

Polis ölkə paytaxtının mərkəzində etirazçıları dağıtmaq üçün su şırnaqları və səs-küylü qumbaralardan istifadə edib.

Etirazlar zamanı onlarla insan saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin