Bakıda küçələrdə gecələyən və narkotik aludəçisi olduğu iddia edilən yeniyetmə Respublika Narkoloji Dispanserə yerləşdirilib.
Bu barədə Bizim.Media-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Dəfələrlə narkodispanserdən qaçan yeniyetmə ilə bağlı ÇAĞIRIŞ edildi – FOTO
Həmin şəxsin 2011-ci il təvəllüdlü Ruslan Məmmədov olduğu müəyyənləşib. Onun 15 gün müddətinə dispanserdə müayinə və müalicələrə cəlb olunmasına qərar verilib:
Qeyd edək ki, R.Məmmədov bundan əvvəl də dəfələrlə səhiyyə ocağına yerləşdirilib, lakin buna baxmayaraq o, tibb müəssisəsini tərk edib.
Bizim.Media