Keçən il pensiya ödənişi üçün xərclənən vəsaitin məbləği açıqlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, pensiyalarda artım dinamikası 2021-ci ildə də davam edib.
Keçən il pensiyaların orta aylıq məbləği 9% artaraq 331 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 8% artaraq 358 manata çatıb.
Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il də sosial ödənişlərin, o cümlədən pensiyaların hər ay müvafiq qrafik əsasında vaxtlı-vaxtında ödənişi təmin edilib.
Ümumilikdə, 2021-ci ildə pensiya təminatı üzrə əvvəlki ilə nisbətən 118 mln. manat çox olmaqla 4 milyard 592 mln. manat vəsait ödənilib.
2019-cu ilin əvvəlindən pensiya təyinatı avtomatlaşdırılıb. Ötən dövrdə 48,3 min, o cümlədən 2021-ci ildə 22,6 min pensiya təyinatı elektron sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:48 / 15.01.2022
Keçən il 4 milyard manatdan çox pensiya ödənilib - 118 milyonluq ARTIM
Hazırda oxunan: Keçən il 4 milyard manatdan çox pensiya ödənilib - 118 milyonluq ARTIM
Hazırda oxunan: Keçən il 4 milyard manatdan çox pensiya ödənilib - 118 milyonluq ARTIM
55502
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.