“Sülhməramlılarla bağlı əsas irad ondan ibarətdir ki, Qarabağın onların nəzarətində olan zonasına giriş-çıxış qaydaları lazımi şəkildə icra olunmur. Hesab edirəm ki, bu, həmin ərazilərdəki vəziyyətə birbaşa təsir edir”, - sözləri ilə cavabına başlayan eks xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycan ictimaiyyətinin kontingentlə bağlı tələbinə də toxunub:
“Tələb ondan ibarətdir ki, orada Azərbaycana aid sərhəd-gömrük strukturılarının fəaliyyətinə start verilsin”.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Tofiq Zülfüqarov Azərbaycan ictimaiyyətinin sözügedən tələbinin 10 noyabr (2020) bəyanatındakı öhdəliklərlə ziddiyyət təşkil etmədiyini də açıqlayıb.
MÖVZU İLƏ BAĞLI:
Suren Papikyan sülhməramlıların yeni komandiri ilə görüşdü
Çünki Azərbaycanın sərhəd və gömrük məntəqələri qurması sülhməramlıların təhlükəsizlik tədbirləri reallaşdırmasına maneə deyil:
“Bir fikri vurğulamaq istərdim ki, Azərbaycan öz öhdəliklərinə sadiq olan və bunu həyata keçirən tərəfdir. Cənab Prezident də bunu vacib bir mesaj kimi göndərib. Amma bizim tələblərimiz ondan ibarətdir ki, prosesdə iştirak edən sülhməramlılar da, erməni tərəfi də öz öhdəliklərinə sadiq olsunlar”.
Xatırladaq ki, Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində sülhməramlı fəaliyyətində qıcıq doğuran məqamların az olmadığını bildirib.
Bizim.Media