Azərbaycan koronavirus pandemiyası ilə əlaqədar 2020-ci ilin mart ayından qüvvədə olan Ukrayna vətəndaşlarının ölkəyə girişinə qoyulan məhdudiyyətləri aradan qaldırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba öz “Twitter səhifəsində” bildirib.
“Ukrayna vətəndaşları üçün əlavə səyahət azadlığı yaranıb. Azərbaycan 2020-ci ilin martından tətbiq edilən məhdudiyyətləri aradan qaldırıb və ukraynalılar üçün hava sərhədlərini açıb.
Bu, səyahət, biznes və turizm üçün daha çox imkanlar deməkdir”, - deyə ölkənin xarici işlər naziri qeyd edib.
Qeyd edək ki, COVID-19-a qarşı peyvənd olunmuş turistlər Azərbaycana gəldikdən sonra sərhəd-keçid məntəqələrində tam kursu təsdiq edən sənədi (COVID-19-a qarşı hər hansı peyvəndin iki dozası və PZR testinin mənfi nəticəsi haqqında arayış) uçuşdan 72 saat əvvəl təqdim etməlidirlər.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:30 / 14.01.2022
Azərbaycan Ukrayna vətəndaşları üçün QADAĞANI götürdü
Hazırda oxunan: Azərbaycan Ukrayna vətəndaşları üçün QADAĞANI götürdü
Hazırda oxunan: Azərbaycan Ukrayna vətəndaşları üçün QADAĞANI götürdü
55331
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.