Tural Gəncəliyev: “Şuşa Bəyannaməsi ciddi siyasi mesajdır”

Hazırda oxunan: Tural Gəncəliyev: “Şuşa Bəyannaməsi ciddi siyasi mesajdır”

55328

 “14 yanvar Azərbaycanla qardaş Türkiyə Respublikası arasında ikitərəfli əlaqələrin qurulmasında xüsusi tarix hesab olunur. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra iki ölkə arasında diplomatik münasibətlərin bünövrəsi 1992-ci ilin 14 yanvar günündə qoyulub”. 

Bu fikirləri Bizim.Media-ya müsahibəsində millət vəkili Tural Gəncəliyev bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

“Üçrəngli bayrağımızın Xankəndidə dalğalanmasına az qalıb” - TURAL GƏNCƏLİYEV -VİDEO


O qeyd edib ki, indi yeni çağ diplomatik münasibətlərin 30 yaşını qeyd edirik:

“Əslində indi təkcə rəsmi qurumların deyil, eləcə də xalqlarımızın bir-birlərindən ayrılmaz bağlarından, əlaqələrindən söhbət gedir. Türkiyə 44 günlük müharibə zamanı Azərbaycanın yanında oldu, mənəvi və diplomatik dəstəyi ilə bizi ən yaxşı şəkildə təmin etdi. Hesab edirəm ki, 44 günlük müharibənin müvəffəqiyyətli nəticəsindən sonra bizim qardaşlığımıza, əməkdaşlığımıza heç bir kənar qüvvələr, istəsələr belə, kölgə sala bilməzlər”.

Deputat fikirlərinin davamında, ölkələrimiz arasında əlaqənin zirvəsinin Şuşa Bəyannaməsi olduğunu vurğulayıb:

“Türkiyə-Azərbaycan münasibətlərinin zirvəsi kimi biz Şuşa Bəyannaməsini göstərə bilərik. Tarixdə ilk dəfə Türkiyə dövlət başçısı Azərbaycanın Qarabağ bölgəsinə, Şuşaya səfər etdi və Azərbaycan Prezidenti ilə birlikdə tarixi bəyannaməni imzaladı. Bu bəyannamə 44 günlük müharibədən sonra vacib əhəmiyyət daşıyır.
 

Çünki Şuşa Bəyannaməsi ilə qardaş ölkələr arasında münasibətlərin yeni bir mərhələsi başladı. Qeyd olunan anlaşma, 100 il əvvəl imzalanan tarixi Qars müqaviləsinin davamı kimi böyük rəmzi mənası var.


Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra imzalanmış birgə bəyannamə bizim gələcək fəaliyyətimiziin perspektivlərini göstərir. Bu, həm düşmənlərimizə də bir mesajdır. Azərbaycan-Türkiyə münasibətlərini istəməyənlərə elə bir təpkidir ki, hələ yüz illər boyunca öz təsir gücünü saxlayacaqdır”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin