Vergi ödəyicilərinin siyahıya alınmış əmlakını vergi orqanları satacaq - DƏYİŞİKLİK

Hazırda oxunan: Vergi ödəyicilərinin siyahıya alınmış əmlakını vergi orqanları satacaq - DƏYİŞİKLİK

55323

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, Azərbaycanda vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, digər daşınmaz əmlakının və dəyəri 5 000 manatdan çox olan daşınar əmlakının müvafiq qurum vasitəsilə, dəyəri 5 000 manatdan çox olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırılması və məhkəmə qərarları üzrə həmin əmlakların satışının qanunvericiliyə uyğun olaraq təşkili vergi orqanlarının hüquqlarına aid edilib.

Bu barədə Bizim.Media-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilir.

Məlumatda deyilir ki, mövcud təcrübədə borclu vergi ödəyicilərinin siyahıya alınmış əmlakını icra məmurları satır.

Dövlətin fiskal siyasətini həyata keçirən qurum kimi borcların ödənilməsi vergi orqanları üçün prioritet məsələdir.

Ödənilməyən borclar dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılmasında nəzərə alınır. Bu baxımdan vergi borcu ilə bağlı siyahıya alınmış əmlakın satışının daha səmərəli təşkilinə zərurət yaranıb. Həmin səbəbdən daşınar və daşınmaz əmlakların satılması barədə məhkəmə qərarları üzrə həmin əmlakların satışının təşkili vergi orqanlarının səlahiyyətlərinə aid edilir.

Eyni zamanda, dəyəri 5.000 manatdan çox olmayan əmlaklar əksər hallarda ərzaq (qida) və tez köhnələn məhsullardır.
 

Bu zaman satışın daha çevik təşkili məqsədilə vergi orqanları tərəfindən ticarət şəbəkələri ilə müvafiq müqavilə bağlanılaraq həmin məhsulların operativ şəkildə satılması və borcun ödənilməsi təmin ediləcək.


Qeyd olunan dəyişikliklər vergi borclarının yığılmasının effektivliyinin artırılmasına və nəzarət mexanizmlərinin gücləndirilməsinə xidmət edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin