"Bu gün axşam saatlarından başlayaraq ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında yağıntının kəsilməsi proqnozlaşdırılır".
Bunu Bizim.Media-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, yarım sutka ərzində ölkəyə düşən yağıntının miqdarı yarım aylıq normaya uyğun olub:
"Qar örtüyünün hündürlüyü isə 22 sm təşkil edib. Bu gün də yağıntılar davam edəcək və nəticədə daha yüksək qar örtüyü müşahidə ediləcək. Bununla belə, proses qısamüddətlidir".
U.Tağıyeva bildirib ki, şimal küləyinin sürəti rayonlarda 28, Bakıda 27 metrə qədər artıb:
"Axşama doğru güclü şimal-qərb küləyi arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq. Yanvarın 15-də günün ikinci yarısında şimal-qərb küləyi yenidən güclənəcək. Yaxın günlərin hava şəraitini səciyyələndirsək, tez-tez güclü şimal küləyinin güclü cənub küləyi ilə əvəz olunacağı, atmosfer təzyiqinin də kəskin tərəddüdü gözlənilir. Belə hava şəraiti də meteohəssas insanlar üçün nisbətən əlverişsizdir".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:59 / 14.01.2022
Ölkə ərazisində hava nə vaxt sabitləşəcək? - RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Ölkə ərazisində hava nə vaxt sabitləşəcək? - RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Ölkə ərazisində hava nə vaxt sabitləşəcək? - RƏSMİ AÇIQLAMA
55321
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.