“Qardaş Azərbaycan Respublikasının müstəqilliyini yenidən qazanmasından sonra onu beynəlxalq aləmdə tanıyan ilk ölkədir. Azərbaycanın Türkiyə Cümhuriyyəti ilə imzaladığı “Diplomatik əlaqələrin yenidən qurulmasına dair anlaşma” sənədi nəticəsində 1992-ci il yanvarın 14-də Türkiyənin Azərbaycandakı səfirliyi Bakıda fəaliyyət göstərməyə başlayan ilk diplomatik nümayəndəlik oldu”.
Bizim.Media xəbər verir ki, bu fikirlər Türkiyənin Azərbaycandakı səfirliyinin bəyanatında əksini tapıb.
Bəyanatda qeyd olunub ki, tarix boyu Türkiyə Cümhuriyyəti çətin vaxtda ilk olaraq Azərbaycanın qardaş köməyini, Azərbaycan isə çətni günlərdə Türkiyənin dəstəyini görüb:
"Beynəlxalq aləmdə ölkələrimizin uğurlarına görə birlikdə sevinir, kədərinin isə kədərimiz olduğunu bildiririk".
Qeyd edək ki, bu gün Azərbaycan-Türkiyə diplomatik əlaqələrinin 30 ili tamam olur.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:52 / 14.01.2022
Türkiyənin Azərbaycandakı səfirliyi bəyanat yaydı
Hazırda oxunan: Türkiyənin Azərbaycandakı səfirliyi bəyanat yaydı
Hazırda oxunan: Türkiyənin Azərbaycandakı səfirliyi bəyanat yaydı
55309
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.