Kənd Təsərrüfatı Nazirliyi bu il hansı işləri görəcək?

Hazırda oxunan: Kənd Təsərrüfatı Nazirliyi bu il hansı işləri görəcək?

55274

Bu il üçün Kənd Təsərrüfatı Nazirliyinin qarşısında duran əsas məqsədlərdən biri iqlim dəyişikliyinin təsirinin neytrallaşdırması, su resurslarının səmərəli istifadə edilməsi, suya qənaət edən texnologiyaların tətbiqinin genişləndirilməsi siyasətinin təşviqidir.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.

O bildirib ki, yeni texnologiyalar bitkilərin ehtiyaclarının daha çevik qiymətləndirilməsinə imkan verir.

“Nazirlik rəqəmsal kənd təsərrüfatı pilot layihəsini Quba-Xaçmaz regionunda tətbiq edir. Nəticədə, fermərlərə operativ məlumatlar göndərilir. Bu il belə operativ texnologiyaların tətbiq olunacağı ərazilərin genişləndirilməsi nəzərdə tutulur.

Eyni zamanda, müasir suvarma sistemlərinin əkin sahələrində payının artırılmasını da hədəfləmişik.

Müasir toxumçuluğun inkişafında iki məsələ nəzərdə tutulur. Sertifikatlı toxumlardan, yəni keyfiyyətli toxumalardan istifadənin genişləndirilməsi və yerli toxum üzrə potensialın gücləndirilməsi də prioritetdir”, - deyə Firdovsi Fikrətzadə deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin