Azərbaycanın buğda ilə özünütəminatı orta hesabla 59-60 faiz səviyyəsindədir.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzi yayıb.
Qurumun direktoru Firdovsi Fikrətzadə bildirib ki, Azərbaycanda hər il orta hesabla 2 milyon ton buğda istehsal olunur:
"İl ərzində 1,3 - 1,4 milyon ton buğda idxal olunur. Azərbaycanın buğda ilə özünütəminatı orta hesabla 5960 faiz səviyyəsindədir. Bu da o deməkdir ki, biz buğdaya tələbatın 40 faizini idxal hesabına ödəyirik. Azərbaycanın un üçün buğdaya görə idxal göstəricisi 40 faizdən bir az artıqdır".
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
18:05 / 13.01.2022
Azərbaycanın buğda ilə özünütəminatı neçə faizdir? - RƏSMİ
Hazırda oxunan: Azərbaycanın buğda ilə özünütəminatı neçə faizdir? - RƏSMİ
Hazırda oxunan: Azərbaycanın buğda ilə özünütəminatı neçə faizdir? - RƏSMİ
55236
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.