Qazaxıstan Respublikasının Baş naziri Əlixan Smailov ilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov arasında telefon danışığı olub.
Bizim.Media “primeminister.kz” saytına istinadən xəbər verir ki, Əli Əsədov Smailovu Qazaxıstanın baş naziri təyin olunması münasibətilə təbrik edib.
Əli Əsədov dağıdıcı qüvvələrin təcavüzü nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verməklə yanaşı, ölkə üçün belə ağır məqamda Qazaxıstan xalqına dəstək olduğunu bildirib.
MÖVZU İLƏ BAĞLI:
Əli Əsədovla Türkiyənin vitse-prezidenti arasında TELEFON DANIŞIĞI - Nələr müzakirə edildi?
“Azərbaycan Qazaxıstanın etibarlı strateji tərəfdaşıdır. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin geniş spektrində konstruktiv siyasi dialoq və səmərəli qarşılıqlı fəaliyyət yaradılmışdır. Biz qarşılıqlı faydalı ticarət-iqtisadi əlaqələri genişləndirmək və dərinləşdirmək əzmindəyik”, deyə Smayılov qeyd edib.
Əsədov Smayılovu onun üçün əlverişli vaxtda Azərbaycana səfərə dəvət edib.
Xatırladaq ki, Azərbaycan Qazaxıstanın mühüm ticarət və iqtisadi tərəfdaşıdır. 2021-ci ilin 10 ayının yekunlarına görə, qarşılıqlı ticarətin həcmi 261 milyon ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən üç dəfə çoxdur və 2019-cu ilin pandemiyadan əvvəlki səviyyəsini xeyli üstələyir.
Bu il Qazaxıstan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur.
Bizim.Media