“Dövlət başçısına qarşı sanksiyaların tətbiqi münasibətlərin pozulması ilə müqayisə oluna bilən ən son addımdır”.
Bizim.Media rus mətbuatına istinadən xəbər verir ki, bunu cümə axşamı jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov qeyd edib ki, söhbət mahiyyət etibarı ilə və qaçılmaz adekvat reaksiya nəzərə alınmaqla əslində münasibətləri kəsmək təşəbbüsünə bənzəyən sanksiyalardan gedir:
“Əlbəttə, biz bu cür sənədlərin və bu cür bəyanatların ortaya çıxmasını hədsiz dərəcədə mənfi qiymətləndiririk. Xüsusən də davam edən silsilə danışıqlar fonunda... Təbii ki, bu bəyanatların və danışıqların vaxtında birləşdirilməsi Moskvaya mənasız təzyiq cəhdidir. Bunu başqa şəkildə ifadə etmək olmaz”.
MÖVZU İLƏ BAĞLI:
Peskov Ərdoğana təqdim edilən türk dünyası xəritəsindən danışdı: “Təəssüf edirəm ki...” - VİDEO
Xatırladaq ki, ABŞ Senatı Rusiyanın Ukraynaya müdaxiləsi qarşılığında prezident Vladimir Putinə və Rusiyanın iri banklarına qarşı sanksiyalar tətbiq edən qanun layihəsini dərc edib. Sənəd Senatın saytında yerləşdirilib.
Qanun layihəsinə görə, ABŞ prezidenti Rusiyanın Kiyevdə hökuməti devirmək və ya Ukrayna ərazisini işğal etmək üçün hərbi təcavüzə qərar verərsə, o zaman ən azı üç ölkəyə qarşı sanksiya tətbiq etməli olacaq. Siyahıda Rusiyanın bankları, eləcə də Rusiya prezidenti, baş nazir, xarici işlər naziri, Müdafiə Nazirliyi və Baş Qərargah rəhbərləri yer alır.
Məmurların ABŞ-a girişi qadağan olunacaq, onların ABŞ-dakı mülkləri bloklanacaq.
Məhdudiyyətlərlə təhdid edilən banklar və strukturlar arasında Qazprombank, Sberbank, Otkritiye, Alfa-Bank, VTB, VEB.RF, RFPİ və digərləri var.
Bundan əlavə, sanksiyalar haqqında qanun layihəsində ilkin və ikinci dərəcəli dövlət borcları ilə əməliyyatların qadağan edilməsi nəzərdə tutulur: amerikalılara yeni istiqraz emissiyaları ilə əməliyyatlar qadağan ediləcək. Həmçinin “Şimal axını 2” qaz kəmərinə, onun podratçılarına və operatorlarına qarşı məhdudiyyətlərin tətbiqi də nəzərdə tutulur.
Bizim.Media