İlham Əliyev Avropanın qaz böhranına düçar olmasının SƏBƏBİNİ açıqladı - VİDEO

Hazırda oxunan: İlham Əliyev Avropanın qaz böhranına düçar olmasının SƏBƏBİNİ açıqladı - VİDEO

55182

Prezident İlham Əliyev dünənki müsahibəsində Avropa ilə enerji əməkdaşlığı məsələlərinə də toxunub. O bildirib ki, Avropada qaz böhranı yaşanır və Azərbaycanın mavi yanacağına böyük ehtiyac var:

“İndi artıq bu, açıq mətbuata da çıxır. Mən Bolqarıstanla olan məsələləri nəzərdə tuturam. Bilirsiniz ki, bu, bizdən yox, Bolqarıstandan çıxıbdır. İndi bu məsələnin mahiyyəti yəqin ki, bəllidir”.

Bolqarıstan məsələsinə gəlincə, Bizim.Media xəbər verir ki, Balkanlarda Azərbaycan qazı üstündə mübarizə və siyasi mübahisələr artmaqdadır. Hətta Bolqarıstan Yunanıstanı müvafiq qaz kəmərinin (IGB layihəsi) inşasını yubatmaqda ittiham edir.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Prezidentinin dünya və yerli ictimaiyyətə anlatmaq istədiyi əsas SİYASİ MƏQAMLAR


Belə ki, Bolqarıstanın energetik naziri də parlamentlərindəki çıxışı zamanı Azərbaycan qazının nəql olunacağı kəmərin tikintisinin gecikdirilməsinə görə, hər gün 750 min avro (1 milyon 500 min AZN) itirdiklərini dilə gətirib.

Bütün bunların fonunda Azərbaycan Prezidentinin çıxışı Avropaya ismarıc sayıla bilər. Yəni Azərbaycanın etibarlı enerji təchizatçısı olmasını unutmasınlar. Əmədaşlıqları gecikdirməkləri isə yalnız öz büdcələrinə ziyandır. Təkcə Bolqarıstan 2021-ci il ərzində 250 milyon avro (500 milyon AZN) zərər dəyib. 2022-dən danışsaq, Prezident demişkən, qış fəsili təzə başlayır:

“Gözlənilir ki, qış çox sərt olacaq. Ona görə qazın çatışmamazlığı böyük fəsadlara gətirib çıxaracaq. Azərbaycan qazının həcmi o qədər də böyük deyil, amma bir neçə ölkə üçün bu, həlledici ola bilər və əlbəttə ki, ilk növbədə, burada bizim maraqlarımız təmin olunur. Hazırda ixrac artır, yeni rəqəmlər mənə təqdim edildi. Bu il təxminən 19 milyard kubmetr qaz ixrac ediləcəkdir. Ondan 8 milyarddan çoxu Türkiyə, 7 milyarddan çoxu İtaliyaya ixrac ediləcək. Qalan qaz Gürcüstan, Bolqarıstan, Yunanıstan arasında bölünəcək. 

“Şahdəniz”in çox böyük potensialı var. Bunun, düzdür, təsdiq edilmiş həcmi 1 trilyon kubmetrdən çoxdur. Amma mən tam əminəm ki, daha çox olacaq, necə ki, Azəri-Çıraq-Günəşli. İlkin hesablamaları göstərirdi ki, 500 milyon tondur, amma bunun potensialı artıq 1 milyardı ötür.

Üstəgəl, gələcəkdə Abşeron qaz yatağı istismara veriləcək. Ümid, Babək, Asiman, yəni bir çox qaz yataqlarımız tədricən artıq işlək vəziyyətə çıxacaq və bizim həcmimiz böyük dərəcədə artacaq.

Bu, bizim böyük üstünlüyümüzdür. Həm ölkəmizə əlavə vəsait gətirəcək, ölkəmizin beynəlxalq imkanları genişlənəcək və təbii ki, Avropa İttifaqı-Azərbaycan əlaqələrində bu faktor bundan sonra da mühüm rol oynayacaq”.

Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin