"O ki qaldı, Ermənistan müxalifətinə, yəni, özünü müxalifət adlandıran Sarkisyan-Koçaryan cütlüyünə, əlbəttə, o insanlarda Azərbaycan xalqına qarşı o dərəcədə nifrət var ki, onlar öz çirkin əməllərindən əl çəkmək istəmirlər. Halbuki İkinci Qarabağ müharibəsi onların məğlubiyyəti idi. Çünki biz onların ordusunu məhv etmişik".
Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.
"Paşinyan iki ildə nə ordu yarada bilərdi, nə ordu dağıda bilərdi. Bu, Koçaryan-Sarkisyan ordusu idi ki, biz o ordunu məhv etmişik. Onların hər ikisi müharibə zamanı Xankəndiyə gəlmişdilər və orada guya müqavimət hərəkatına rəhbərlik etmək istəyirdilər.
MÖVZU İLƏ BAĞLI:
Prezident: "Yeni dünya düzənində təşəbbüs göstərən ölkələrdən biri olacağıq"
Görəndə ki, artıq Azərbaycan Ordusu Şuşaya yaxınlaşır, oradan qorxaqcasına qaçmışdılar. Yəni, onlar fəraridirlər, onlar yalançı qəhrəmandırlar. Onlar ancaq dinc əhaliyə qarşı müharibə apara bilərdilər. Onların hər ikisi Xocalı qatilləridirlər.
Onlar elə bil ki, Siam əkizləridir. İkisi də partiya işində olublar, ikisi də Gevorkovun əlaltıları olublar, ikisinin də namizədliyi Bakıda, Mərkəzi Komitədə təsdiqlənib. Atam Xankəndiyə gələndə ikisi də onu orada ayaqüstə qarşılayıb əl çalırdılar.
Bunların Ermənistan-Azərbaycan, erməni-Azərbaycan xalqlarının dostluğu haqqında nə qədər çıxışları var. Yəni, onlar Azərbaycan çörəyini yeyib və çörəyi diziüstə olan nankorlardır. Birinci Qarabağ müharibəsində, sadəcə olaraq, özlərindən belə bir mif yaratmışdılar ki, guya bunlar müharibə qəhrəmanlarıdır. Mən dedim, onların sinələrində olan o dəmir-dümürlərin yeri zibil yeşiyidir.
Çünki İkinci Qarabağ müharibəsi onu göstərdi ki, kim kimdir. Birinci Qarabağ müharibəsində onlar dinc əhaliyə qarşı vuruşurdular, soyqırımı, qətliam törətmişdilər.
O vaxt Azərbaycan ordusu müqavimət göstərmək iqtidarında deyildi. Amma bu dəfə biz onları diz çökdürdük və onlar öz miskin ömürlərinin sonuna qədər məğlubedilmiş fərarilər kimi yaşayacaqlar.
Əlbəttə ki, belə adamlar istənilən fürsətdən istifadə edib bizə zərbə vurmağa hər an hazır olan adamlardır. Amma onlar da bilməlidirlər, indiki hakimiyyət də bilməlidir və istənilən hakimiyyət bilməlidir ki, Ermənistan bizim qabağımızda heç vaxt dayana bilməz. Yenə də deyirəm, bizi heç nə dayandıra bilməz.
Bizi dayandıran yeganə amil odur ki, biz müharibə istəmirik. Məhz buna görə dünən saat 21:30-da mən Müdafiə Nazirliyinə göstəriş verdim ki, atəşi dayandırın.Mən bu göstərişi verməsəydim, bu gün də onların vəziyyəti daha ağır olacaqdı.
Yəni, biz bir daha göstərdik ki, bizim səbrimizlə oynamasınlar. Ümid edirəm ki, bu cəhd, bu təxribat cəhdi sonuncu cəhd olacaq. Olmasa, yenə də nəticə eyni olacaq", - dövlət başçısı qeyd edib.
Bizim.Media