Tanışını süngü bıçağı ilə qətlə yetirən şəxsdən XƏBƏR VAR

Hazırda oxunan: Tanışını süngü bıçağı ilə qətlə yetirən şəxsdən XƏBƏR VAR

55029

Abşeron rayonunda tanışını qətlə yetirməkdə təqsirləndirilən Vüsal Dünyamalıyevin cinayət işi üzrə məhkəmə iclası başlayır.

Bizim.Media xəbər verir ki, cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Hafiz Əliyevin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə ötən il mayın 30-da Abşeron rayonunda qeydə alınıb.

Belə ki, V.Dünyamalıyev şəxsi münasibətlər zəminində tanışı Sərdar Həsənovu hərbi təyinatlı süngü bıçağı ilə çoxsaylı xəsarətlər yetirərək öldürüb.

V.Dünyamalıyev könüllü olaraq cinayət aləti olan süngü bıçağını polisə təqdim edərək təslim olub.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin