“Elə bilirlər ki, qaçdığı kişi ərindən daha yaxşı olacaq? Ay oldu ha!” - Əli Mirəliyev 

Hazırda oxunan: “Elə bilirlər ki, qaçdığı kişi ərindən daha yaxşı olacaq? Ay oldu ha!” - Əli Mirəliyev 

55022

“Həmişə, keçmiş vaxtlardan ailələrdə problemlər olub. Amma hazırda çox ağını çıxarıblar, heç danışılası da deyil. Bilmirəm bunları işsizlik belə edib, yoxsa internet dəyişdirib başqa adam edib”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında tanınmış müğənni Əli Mirəliyev deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Şəmkirdən qaçan gəlinin dayısı DANIŞDI – Qadını Şirvana aparan şəxs KİMDİR? – ÖZƏL TƏFƏRRÜAT 


O, ölkəmizdə ailə institunun məhv olmasından şikayətlənərək, gəncləri məsuliyyətsiz adlandırıb: 

“Bizim ölkəni 180 dərəcə dəyişdiriblər. O vaxt hamı böyüyündən, ağsaqqalından çəkinirdi, el-oba nə deyər, qınayar məni deyib çəkinirdilər, məsuliyyət hiss eliyirdilər özlərində. İndi amma qızlar, oğlanlar çox məsuliyyətsizdilər. Elə bil el xatirinə evlənirlər ki, hə, desinlər filankəs ərə getdi, evləndi. Oyuncağa çeviriblər ailə həyatını. O vaxt evlənələr heç bir-birini görmürdü, ailə olmurdular ki, guya? Sonra sevirdilər, öyrəşirdilər, uşaqları olurdu xoşbəxt də yaşayırdılar”.

Müğənni həmçinin boşanan gəncləri və evdən qaçan gəlinləri sərt şəkildə tənqid edib:

“İndikilər elə bil 2-3 aylıq “komandirovka”ya gedir. Evliliyə bu gözlə baxıb sonra da qaçırlar. Adam da gəlin gəldiyi evdən qaçar? Hələ biri özbaşına pul da götürüb qaçıb. Elə bilirlər ki, qaçdığı kişi ərindən daha yaxşı olacaq? Ay oldu ha! Etibarsıza, şərəfsizə kim hörmət edər? Bir-ki ay fırladıb, xoş gəldin. Belə davam eləsə, adət-ənənəmizdən əsər-əlamət qalmayacaq”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin