Azərbaycanda 30 milyard manatın istifadəsinə başlanılıb – RƏSMİ 

Hazırda oxunan: Azərbaycanda 30 milyard manatın istifadəsinə başlanılıb – RƏSMİ 

54950

Azərbaycanda 2022-ci il üçün nəzərdə tutulan dövlət büdcəsindən istifadəyə artıq başlanılıb.

Bu barədə Maliyyə nazirliyinin İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyev Bizim.Media-nın sorğusuna cavab olaraq məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda ödəniş tapşırıqlarına dair yeni tələblər MÜƏYYƏNLƏŞDİ – Üstünlükləri nələrdir?


Nazirlik rəsmisi qeyd edib ki, Büdcə sistemi haqqında Qanuna əsasən büdcə ili - yanvar ayının 1-dən dekabr ayının 31-dək olan dövrü əhatə edir. 

“2022-ci ildə iş günlərinin 5 yanvar tarixindən başlandığını nəzərə alsaq, deməli büdcə ili də artıq həmin tarixdən başlanıb”, - deyə Mayis Piriyev bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin gəlirləri 26 816 000,0 min manat, xərcləri 29 879 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 25 868 444,0 min manat, yerli gəlirləri 947 556,0 min manat, mərkəzləşdirilmiş xərcləri 28 893 988,0 min manat, yerli xərcləri 985 012,0 min manat) məbləğində təyin edilib.

Onu da əlavə edək ki, 2022-ci ildə müstəqillik dönəmində ilk dəfə olaraq, sosial xərclərin ümumi büdcə xərclərindəki payı 45 faizdən çox olacaq.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin