Müharibə zamanı diaspor təşkilatlarımız – KİM HARADA İDİ? 

Hazırda oxunan: Müharibə zamanı diaspor təşkilatlarımız – KİM HARADA İDİ? 

5489

Ermənilərə qarşı ən fəal rəgəmsal mübarizə aparan diaspor təşkilatımız hansı olub sualına “Digital Forensic Research” Lab aydınlıq gətirib.

Onun araşdırmalarına görə, Rusiyada, Ukraynada və digər postsovet ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarımız II Qarabağ Müharibəsi zamanı çox sönük rəgəmsal mübarizə aparıblar. Onların sosial şəbəklər üzərindəki aktivliyi və Azərbaycanın haqq işinə dair həsr etdikləri kütləvi tədbirlər demək olar ki, gözə dəymədi.

Bizim.Media xəbər verir ki, bu qənaətə Digital Forensic Research Lab müharibə dövründə Azərbaycan və Ermənistan tərəflərinin dəstəkçilərin bölüşdüyü Twitter həştəqlərini analiz edərkən gəlib. 

Labaratoriyanın tədqiqatlarına görə, Azərbaycanın xeyrinə ən yüksək fəallığı Türkiyə göstərib.

Maraqlıdır ki, həmin siyahıda Azərbaycan ikinci yerdədir. Üçüncü yerdə ABŞ-dakı diaspor təşkilatlarımız, dördüncü yerdə isə Kanadadakı soydaşlarımızın fəallığı yer alıb. Amerika qitəsində fəaliyyət göstərən “Azerbaijani Union” təşkilatının mütəşəkkilliyi hər iki ölkədə yüksək nəticə almağa imkan yaradıb.

Avropa ölkələri içərisində isə Almaniyadakı diaspor təşkilatımız daha çevik olub. Onlar bu siyahıda beşinci yeri tutublar.

Digital Forensic Research Lab-ın araşdırmasından və paylaşdığı qrafikadan da aydın görünür ki, həmin beşlikdə heç bir postsovet ölkəsində fəaliyyət göstərən diasporumuz yoxdu. 
İnformasiya müharibəsi isə günümüzün ən vacib mübarizə formasıdır. 

Bu işdə xaricdə yaşayan soydaşlarımızın, diaspor təşkilatlarımızın üzərinə ağır yük düşüdüyünü dərk edərək vəziyyəti ciddi analiz etməyə ehtiyac var. 

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin