Bakı və Sumqayıt şəhərləri, eləcə də, Abşeron rayonu üzrə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları qrafikə uyğun olaraq ödəniləcək.
Dövlət Sosial Müdafiə Fondundan Bizim.Media-ya verilən məlumata görə, digər pensiyaçılar isə pensiyalarını artımla fevral ayında ala biləcəklər.
MÖVZU İLƏ BAĞLI:
Yaşayış minimumu artırıldı - MƏBLƏĞ
Həmçinin, fevral ayında yanvar ayının artımı da ödəniləcək.
Qeyd edək ki, 2022-ci ilin əvvəlindən ölkəmizdə əmək pensiyasının minimum məbləği 200 manatdan 240 manata çatdırılıb və həmin məbləğdən aşağı olan pensiyalar artırılaraq 240 manata çatdırılmaqla ödənişi təmin olunub.
Bizim.Media