Rusiyaya meyvə-tərəvəz göndərən sahibkarlar ziyandan necə sığortalana bilər? - AÇIQLAMA

Hazırda oxunan: Rusiyaya meyvə-tərəvəz göndərən sahibkarlar ziyandan necə sığortalana bilər? - AÇIQLAMA

54821

Rusiya bazarlarında bəzi Azərbaycan məhsullarının idxalında müəyyən məhdudiyyətlər yaradılıb. Hələ ötən illərdə pomidor, gilas, noxud, çiyələk və digər yerli məhsullarımız Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Dağıstandakı bölməsi tərəfindən tonlarla kənd təsərrüfatı məhsulunun ölkəyə girişinə qadağa qoyulub.

“Rosselxoznadzor” nümayəndələri qadağaları məhsullarda zərərvericilərin aşkar edilməsi ilə izah edib.

Lakin tonlarla məhsul istehsal edən sahibkarlar burada zərər görür. Bəs sahibkarlara dəymiş zərər necə ödənilməlidir?

Mövzu ilə bağlı sığorta üzrə ekspert İlkin İbrahimov Bizim.Media-ya açıqlamasında bu məsələdə sahibkarların diqqətli olmalarının vacibliyini qeyd edib:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın neçə müəssisəsi Rusiyaya pomidor və alma ixrac edir?


“Bu zərərin konpensasiya olunması üçün öncəliklə sahibkarlar yük sığortası etdirməlidirlər. Yük zərərləri əsasən qəza nəticəsində və ya gömrük postlarında saxlanılarkən xarab olma halları ilə müşahidə olunur. Qəza nəticəsində məhv olmuş məhsullar da yük sığortası vasitəsilə həll yolunu tapa bilir. Bu sığorta növünə müraciət edən sahibkarlar var, amma vəziyyət qənaətbəxş deyil”.

Qeyd edək ki, Rusiya təkcə Azərbaycan məhsullarını deyil, Türkiyə, Gürcüstan və bəzi başqa ölkələrin məhsullarının ölkəyə idxal olunmasına qadağalar yaradıb.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin