Evini təmir etdirmək istəyənlər, DİQQƏT! - Qaydalar dəyişdi

Hazırda oxunan: Evini təmir etdirmək istəyənlər, DİQQƏT! - Qaydalar dəyişdi

54743

Azərbaycanda mənzillərdə otaqların ölçüləri ilə bağlı yeni qaydalar müəyyən edilib.

Bizim.Media xəbər verir ki, bu barədə məsələ “Yaşayış binaları. Layihələndirmə normaları”nda əksini tapıb.

Belə ki, normaların 5.2-ci bəndində göstərilmiş mənzillərdə otaqların sahəsi aşağıdakılardan az olmamalıdır:

- birotaqlı mənzildə ümumi otaq - 15 m²-dən;

- birotaqlı mənzillərin girişində qarderob – 2,5 m²-dən;

- iki və daha çox otaqlı mənzillərdə ümumi otaq - 16 m²-dən;

- yataq otağı - 8 m² (iki adama - 10 m²-dən);

- mətbəx - 8 m²-dən;

- mətbəx-yemək otağında mətbəx zonası - 6 m²-dən.

Birotaqlı mənzillərdə sahəsi 5 m²-dən az olmayan taxça-mətbəxin layihələndirilməsinə yol verilir.

Mansarda mərtəbəsində (və ya maili xarici divarı olan mərtəbədə) yataq otağı və mətbəxin sahəsinin 7 m² -dən az olmamaqla qəbul edilməsinə yol verilir, bu halda ümumi yaşayış otağının sahəsi 16 m²-dən az olmamalıdır. (Trend)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin