Qazaxıstanın Almatı şəhərinin merinin səlahiyyətlərini icra edən Bakıtjan Saqintayev bildirib ki, ölkədə iğtişaşlar zamanı yanvarən 5-də naməlum şəxslər onun, həmkarlarının və Almatı telekanalının əməkdaşlarının içərisində olduğu avtomobillərə atəş açıblar.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı orda.kz saytı yayıb.
Mənbə qeyd edir ki, maşınlara atışma nəticəsində “Almatı” telekanalının sürücüsü həlak olub, bir neçə nəfər, o cümlədən akimliyin məsul işçiləri - idman idarəsinin və dini idarənin rəisləri - Rüstəm Baiseitov və Nurlan Kikimov yaralanıb.
Mer onu da əlavə edib ki, naməlum şəxslər bir müddət təqibi davam etdirib.
Xatırladaq ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar.
Daha sonra etirazlar digər şəhərlərə, o cümlədən köhnə paytaxt və respublikanın ən böyük şəhəri Almataıa yayılıb. Orada qarətlər başlayıb, silahlılar dövlət qurumlarına hücum ediblər, əllərində silah götürüblər.
Buna cavab olaraq hakimiyyət yanvarın 19-dək ölkə ərazisində fövqəladə vəziyyət elan edib və terrorla mübarizə əməliyyatına başlayıb. BMT-nin məlumatına görə, Qazaxıstanda keçirilən etiraz aksiyaları zamanı 1000-ə yaxın insan xəsarət alıb.
Respublikanın Daxili İşlər Nazirliyinin məlumatına görə, 16 təhlükəsizlik əməkdaşı öldürülüb.
Yanvarın 5-də səhər saatlarında Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib və Təhlükəsizlik Şurasının rəhbəri olub.
Onun rəhbərliyi altında keçirilən Təhlükəsizlik Şurasının ilk iclasında Tokayev Qazaxıstandakı vəziyyəti dövlətin bütövlüyünə zərbə vurmaq kimi qiymətləndirib və “terror təhlükəsinin aradan qaldırılmasında” KTMT-dən kömək istədiyini bildirib.
KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası ölkədə vəziyyəti normallaşdırmaq üçün Qazaxıstana kollektiv sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib.
Yanvarın 7-də Tokayev xaricdən gələnlər də daxil olmaqla terrorçuların müqaviməti davam etdirdiyini açıqlayıb və silahı yerə qoymayanları məhv edəcəyinə söz verib.
Bundan əlavə, prezident qeyd edib ki, vətəndaşların dinc formada ifadə olunan bütün tələbləri dinlənilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:40 / 09.01.2022
Almatı meri ölümdən döndü - İğtişaşlar zamanı atəşə tutuldu - TƏFƏRRÜAT
Hazırda oxunan: Almatı meri ölümdən döndü - İğtişaşlar zamanı atəşə tutuldu - TƏFƏRRÜAT
Hazırda oxunan: Almatı meri ölümdən döndü - İğtişaşlar zamanı atəşə tutuldu - TƏFƏRRÜAT
54543
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.