Rusiyalı jurnalist Qarabağa səfər edib.
Bizim.Media xəbər verir ki, o, Laçın dəhlizində çəkdiyi görüntüləri sosial media hesabında yayımlayıb. Çəkiliş zamanı jurnalist hər tərəfi ağappaq qara bürünən dəhlizdə həm Azərbaycan, həm də Ermənistan tərəfi göstərib.
“Laçın dəhlizi həyat rəmzidir, o, Qarabağa gedən yeganə yoldur. Burada hər yerdə müharibənin izləri var. Şuşada Azərbaycan bayrağı dalğalanır”,- deyə o, qeyd edib.
Videoda bir maraqlı məqam diqqətlərdən yayınmayıb. Belə ki, jurnalistin açıqlamasına görə, Azərbaycan sərhədindən keçən kimi, azad olunmuş torpaqlarda Megafondan telefonlara maraqlı ismarıc gəlir:
Mesajda “Dünyada ilk dəfə dənizdə neft çıxaran ölkəyə - Azərbaycana xoş gəlmişsiniz!” sözləri qeyd olunub.
Sözügedən videonu təqdim edirik:
Vüsalə Balayeva, Bizim.Media