Ruslar Qazaxıstanı Ağ Evin icazəsi ilə yenidən işğal edir – Bütün planlar PEKİNƏ qarşıdır

Hazırda oxunan: Ruslar Qazaxıstanı Ağ Evin icazəsi ilə yenidən işğal edir – Bütün planlar PEKİNƏ qarşıdır

54416

Bəzi analitiklərin fikirincə, KTMT ABŞ-ın razılığı ilə Qazaxstana daxil olub və bu, Çinin genişlənməsinə qarşı növbəti addımdır. Yəni, ABŞ-la Rusiya arasında gizli sövdələşmə var.

Rusiya əvvəlki nüfuz dairəsini tam bərpa edir və Amerikayla bir-birlərinə aid ərazilərə müdaxilə etmirlər. Buna görə də, Pekinin hər iki güc üçün təhlükəyə çevrildiyini nəzərə alaraq Çin iqtisadiyyatının ABŞ-Rusiya nüfuz dairəsinə aid bölgələrdə dominatlığına imkan verilməyəvək. Hər halda Ağ Evlə Kremlin niyyəti budur.

KTMT-nin Qazaxıstana qoşun yeritməsini təəssüflə qeyd edən siyasi analitik Niyaməddin Orduxanlının mövzuya münasibətinin əvvəli belədir:

"Baş verənlər onu deməyə əsas verir ki, Qazaxıstan demək olar ki, işğal altındadır".

Bizim.Media üçün hazırladığı şərhdə BAXCP sədrinin müavini qazax xalqının bütün hallarda itkilərlə üzləşdiyini qabardıb.
 

MÖVZU İLƏ BAĞLI:

Türk Dövlətləri Qazaxstanla bağlı TOPLAŞIR – 11 yanvarda hansı QƏRAR veriləcək? 


Qazaxıstanın Çinlə genişlənən əlaqələrinin qarşısının alınmasında Amerika da maraqlıdır:

"Bu da istisna edilmir. Həmçinin Qazaxıstan Türk Birliyinin aparıcı dövlətlərindəndir. Görünür, bu da Vaşinqtonla Moskvanın maraqlarına ziddir. Bu baxımdan, Qazaxıstanda baş verənlər bütün siyasi proqnozları doğrultmaqdadır. Amerika ilə Rusiya arasında bir-birinə qarşı mübarizə gedir. Amma əslində bu mübarizədə daha çox başqa xalqlar, üçüncü ölkələr ziyan görür.

Suriyaya, Ukraynaya baxın.

Moldova, Gürcüstan. İndi də Qazaxıstan...

Bu mənada ABŞ-Rusiya soyuq müharibəsi başqa dövlətlərə ciddi ziyan vurur. Ona görə də, Qazaxıstanın Çinlə əlaqələrinin inkişafı Ağ Evlə Kremlə sərf eləmir. Çünki Rusiya kimi Amerika da türk dövlətlərinin güclənməsini istəmir. Bu baxımdan sadalanan amillər inandırıcıdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin