Azərbaycanda 14 yaşında hamilə qalıb, 15 yaşında dünyaya gətirən qadın körpəsini sığınacağa atıb ondan imtina edib.
Bizim.Media xəbər verir ki, bu barədə Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə öz Facebook səhifəsində məlumat verib.
O, bildirib ki, 4 ay öncə körpəsini sığınacağa təhvil verən gənc ana övladını görmək üçün yenidən sığınacağa gəlib:
MÖVZU İLƏ BAĞLI:
Uşaq dünyaya gətirən 11 yaşlı qız və anasından YENİ XƏBƏR
“4 ay öncə polis tərəfindən sığınacağa yerləşdirilən körpənin anası gəlib. 4 ay öncə "rəfiqəmin uşağıdır,anası həbs olunub" deyərək polislə özü də gəlib, balasını yad uşaq kimi bura təhvil verib”.
Birliyin rəhbəri bildirib ki, ananın hamiməlik dövrü onun 14 yaşına təsadüf edib.
“17 yaşı yeni tamam olub. Demək ki, uşaq 2 il öncə doğulanda 15 yaşı olub. Hamiləlik dövrü 14 yaş. 14 yaşında uşaq evindən çıxıb alkaqolik ananın yanına gedib”.
Sonda Kəmalə Ağazadə bu sözləri qeyd edib:
Nəticədə uşaq evində böyüyənin uşağı indi sığınacaqda böyüyür. Uşaq isə anasını heç tanımır. Baxışlarım 17 yaşlı anaya aid deyil, həyata baxışım acıqlıdır”.
Xatırladaq ki, Azərbaycan qanunvericiliyinə görə, azyaşlılarla cinsi əlaqədə olmaq qadağandır. Cinayət məcəlləsinin 152.1.-ci maddəsinə əsasən, on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Amma bu cür hallar indi tez-tez rast gəldiyimiz adi olaylara çevrilib. Heç kim də nə məsuliyyət daşıyır, nə də buna görə bir cavab verən var.
Təkcə küçələrə, sığınacaqlara tərk edilmiş uşaqlardan başqa…
Bizim.Media