Hökməli qəsəbəsində silah satmaq istəyən şəxsə qarşı əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, polis əməkdaşlarının Hökməli qəsəbəsində həyata keçirdikləri tədbir nəticəsində yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat gizlədən, əvvəllər məhkum olunmuş Mais İsmayılov saxlanılıb.
Onun evinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 30 ədəd patron və daraq aşkar edilərək götürülüb.
Mais İsmayılov odlu silah-sursatı 2 ay əvvəl tapdığını, polisə təhvil verməyərək satmaq məqsədi ilə evində gizlətdiyini bildirib.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:32 / 08.01.2022
İki ay əvvəl tapdığı “Kalaşnikov”u satmaq istəyərkən saxlanıldı - VİDEO
Hazırda oxunan: İki ay əvvəl tapdığı “Kalaşnikov”u satmaq istəyərkən saxlanıldı - VİDEO
Hazırda oxunan: İki ay əvvəl tapdığı “Kalaşnikov”u satmaq istəyərkən saxlanıldı - VİDEO
54403
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.