Ermənilərin Moskva metrosunda törətdikləri terrordan 45 il ötür - VİDEO

Hazırda oxunan: Ermənilərin Moskva metrosunda törətdikləri terrordan 45 il ötür - VİDEO

54399

1977-ci il yanvarın 8-də Moskvada erməni terrorçuları tərəfindən ictimai yerlərdə üç partlayış şəklində silsilə terror aktları həyata keçirilib.

Bizim.Media xəbər verir ki, ilk bomba saat 17:33-də Moskva metrosunun vaqonunda "İzmailovskaya" və "Pervomayskaya" stansiyaları arasındakı ərazidə partlayıb. 

İkinci partlayış isə saat 18:05-də Dzerjinski küçəsində (indiki Bolşaya Lubyanka) SSRİ DTK-nın binalarından bir qədər aralıda olan 15 saylı ərzaq mağazasının ticarət mərtəbəsində baş verib. 

Üçüncü bomba 25 oktyabr (indiki Nikolskaya) küçəsində 5 saylı ərzaq mağazasının yaxınlığında saat 18:10-da partladılıb. 

Nəticədə 7 nəfər həlak olub (hamısı metroda baş verən ilk partlayışda), 37 nəfər yaralanıb.

İstintaq cinayəti törədən üç nəfəri müəyyən edib: erməni millətçiləri Stepan Zatikyan, Akop Stepanyan və Zaven Baqdasaryan. Onlar 1979-cu il yanvarın 30-da məhkəmənin qərarı ilə ölüm cəzasına məhkum edilib və güllələnib.

Ermənilərin ruslara qarşı törətdikləri cinayətlər zaman-zaman üzə çıxsa da Rusiya hələ də erməni terrorizminə göz yumur və onu öz maraqları çərçivəsində istifadə edir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin