Türkiyəli məşhur aktrisa Beren Saat “Orada rahatmısın?” layihəsində ən uğursuz layihəsindən danışıb.
Bizim.Media xəbər verir ki, aktrisa bunun “Muhteşem Yüzyıl: Kösem” serialındakı baş rol obrazı olduğunu etiraf edib.
“Aktyorluq idmançı olmaq kimidir. Mental və fiziki olaraq onlar kimi olmaq lazımdır. Mənim TV-də son dəfə yer aldığım layihə “Muhteşem Yüzyıl: Kösem”dir. Ümumi nəzər yetirəndə ən uğursuz layihəmdir”, - deyə Beren Saat vurğulayıb.
Bizim.Media