Afət Fərmanqızının NİKAHI Rusiyada OLACAQ - “İki günə qərarımızı dəyişdik”

Hazırda oxunan: Afət Fərmanqızının NİKAHI Rusiyada OLACAQ - “İki günə qərarımızı dəyişdik”

54358

Müğənni Afət Fərmanqızı yanvarın ortalarında baş tutacaq toyuna hazırlaşır. Qeyd edək ki, müğənni Rusiyada yaşayan iş adamı ilə ikinci ailə həyatına qədəm qoyur. Afət Fərmanqızının birinci evlilikdən bir övladı var.

Nikah mərasimi ilə bağlı Bizim.Media-nın suallarını cavablandıran müğənni Azərbaycanda nikahla bağlı prosedur qaydalarının uzun və bir qədər də çətinliyi səbəbindən mərasimin Rusiyada baş tutacağını açıqlayıb:
 

MÖVZU İLƏ BAĞLI:

Afət Fərmanqızı yanvarın əvvəlində ərə gedir – ÖZƏL açıqlama


“Nikahla bağlı burada prosedur bir qədər uzundur. Ona görə də Azərbaycanda subaylığım barədə arayış götürdüm. Yanvarın ilk həftəsi Rusiyada nikahımız baş tutacaq. Ayın ortalarından sonra isə Azərbaycanda dost-tanışımızı başımıza yığıb nikahmızın tanıtımını edəcəyik. Əvvəl fikrim o idi ki, yanvarın ilk həftəsi həm nikah, həm də toy burada olsun. Sənəd məsələmizdə çətinlik yarandığı və Rusiyada bu prosedurların çox rahat şəkildə getdiyini nəzərə alıb qərarımızı iki günə dəyişdik”. 

Müğənni bu günlərdə Rusiyaya gedəcəyini və nikaha qədər bəzi şəhərləri gəzməyi planlaşdırır:

“Qərar gəldik ki, mən gedim və orada nikahmız olsun, sonra bir yerdə geri dönək. Bilirsiz ki, Rusiyada iş həftəsi yanvarın 11-dən başlayır. O vaxta qədər həyat yoldaşımla birgə gəzməli və görməli yerləri, xüsusilə Ermitajda olmağı düşünürəm”. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin