Dekabrın 18-də MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək.
Bizim.Media “RİA Novosti”yə istinadla məlumat verir ki, vidoekonfrans formatında olacaq görüşdə Rusiya prezidenti Vladimir Putin də iştirak edəcək.
Liderlər Birlik çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Həmçinin siyasi, ticarət-iqtisadi, sosial və mədəni sahələrdə MDB çərçivəsində əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri gündəmə gətiriləcək.
Bundan əlavə, COVID 19-un yayılmasına qarşı mübarizədə qarşılıqlı təsir imkanları nəzərdən keçiriləcək.
İclasın sonunda MDB-nin gələcək inkişafı üçün yenilənmiş Konsepsiya təsdiq ediləcək.
Eyni zamanda BMT-nin yaradılmasının 75 illiyi münasibətilə, beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində bir sıra bəyanatlar və digər sənədlərin qəbulu gözlənilir.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
16:27 / 16.12.2020
MDB Dövlət Başçılarının iclası keçiriləcək
Hazırda oxunan: MDB Dövlət Başçılarının iclası keçiriləcək
Hazırda oxunan: MDB Dövlət Başçılarının iclası keçiriləcək
5433
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.