“Emily in Paris”in aktrisasından şahzadə Çarlz açıqlaması: "Telefonu başına çırpmışdım"

Hazırda oxunan: “Emily in Paris”in aktrisasından şahzadə Çarlz açıqlaması: "Telefonu başına çırpmışdım"

54283

Məşhur aktrisa Lili Kollinz illər öncə Britaniya kral ailəsi ilə yaşadığı xatirələrini bölüşüb.

Bizim.Media xəbər verir ki, uşaq vaxtı dəcəl olduğunu vurğulayan aktrisa atasının işləri ilə əlaqədar kral ailəsi ilə yaxın olduqlarını açıqlayıb.

Kollinz şahzadə Diana ilə olan məşhur fotosu ilə bağlı bunları deyib:

"Şahzadə Dianaya çiçəklər verirdim, amma o, götürmək istəyəndə çiçəkləri geri çəkdim. Bu zaman ətrafda yaranan əhval-ruhiyyəni təsəvvür etmək çətin deyil. Amma şirin libas geyinmiş balaca qıza kim əsəbiləşə bilər ki?".

"Emily in Paris" serialı ilə məşhurlaşan aktrisa bir dəfə oyun vaxtı şahzadə Çarlzın başına telefon vurduğunu da etiraf edib:

"Bir dəfə oyun oynayarkən oyuncaq telefonu şahzadə Çarlzın başına atmışdım".
Qeyd edək ki, Lilinin musiqiçi olan atası Fil Kollinz kralın xeyriyə fondundakı işi ilə əlaqədar sarayda çox vaxt keçirirmiş.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin