Abşeronda 3 nəfər dəm qazından boğularaq ölüb
Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə yanvarın 6-da rayon ərazisində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, 1965-ci il təvəllüdlü Gülağa Əliyev, 1966-cı il təvəllüdlü Akif Nərimanov və 1981-ci il təvəllüdlü Elşən Alışov kirayə yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüb.
Hadisənin bir müddət əvvəl baş verdiyi ehtimal olunur. Belə ki, hər 3 meyit çürümüş vəziyyətdə olub.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:28 / 07.01.2022
Bakıda dəhşətli HADİSƏ: Evdə 3 nəfərin çürümüş meyiti tapıldı
Hazırda oxunan: Bakıda dəhşətli HADİSƏ: Evdə 3 nəfərin çürümüş meyiti tapıldı
Hazırda oxunan: Bakıda dəhşətli HADİSƏ: Evdə 3 nəfərin çürümüş meyiti tapıldı
54237
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.