Fuad Qəhrəmanlının qızına təcavüzdə şübhəli bilinən şəxslə bağlı YENİ XƏBƏR

Hazırda oxunan: Fuad Qəhrəmanlının qızına təcavüzdə şübhəli bilinən şəxslə bağlı YENİ XƏBƏR

54216

Fuad Qəhrəmanlının qızına təcavüzdə şübhəli bilinən şəxsin cinayət işi icraata verilib
AXCP funksioneri Fuad Qəhrəmanlının qızını zorlamaqda təqsirləndirilən Əsgər Ağazadənin barəsindəki cinayət işi icraata verilib.

Bizim.Media xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun icraatındadır.

Qeyd edək ki, 2004-cü il təvəllüdlü Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması barədə müraciəti əsasında Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə Yasamal rayon prokurorluğunda başlanmış cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə istintaqın davam etdirilməsi İstintaq idarəsinə həvalə edilib.

Cinayət işinin istintaqı zamanı şahid dairəsinin müəyyən edilərək dindirilməsi, habelə zəruri ekspertizaların təyin edilməklə rəylərinin əldə olunması təmin edilib.

Həyata keçirilmiş kompleks istintaq-əməliyyat tədbirləri ilə Əsgər Ağazadənin aşkar surətdə yetkinlik yaşına çatmayan Sənay Qəhrəmanlıya cinsi təcavüz etməsinə əsaslı şübhələr müəyyən olunub.

Cinayət işi üzrə Əsgər Ağazadəyə Cinayət Məcəlləsinin 149.2.3-cü maddəsi ilə yekun ittiham elan edilməklə istintaq orqanının təqdimatı əsasında sonuncunun barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
30 dekabr 2021-ci il tarixdə Əsgər Ağazadənin təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin