Kəmaləddin Heydərova qarşı şok ittiham...

Hazırda oxunan: Kəmaləddin Heydərova qarşı şok ittiham...

54163
Zaqatala rayonunun Zəyəm kəndi sakinləri tərəfindən Moderator.az-a şikayət məktubu daxil olub. Məktubda deyilir:

"Həftənin əvvəlində mətbuatda Zaqatala rayonunun Muxax  kəndi sakinlərinin müraciəti dərc edildi. Qeyd edək ki , bizim kəndin də çoxlu sayda sakinləri də eyni dərdi yaşayırıq. Bu boyda haqsızlıq, qanunsuzluq olmaz. Dövlət büdcəsindən bir milyard manatdan çox pulun ayrılmasına baxmayaraq zəlzələnin nəticəsində yararsız hala düşmüş evlərin əksəriyyəti hələ də bərpa edilməmişdir. Kim əvvəlcədən istənilən rüşvəti verdisə onun evi tikilib təhvil verildi. Biz yoxsullar isə qorxu-həyacan içində yaşayırıq. Daha doğrusu, zülm-əzab çəkirik. Hər vaxt qəzalı evlərimiz uça bilər ki,  buna görə ciddi təhlükə qarşısındayıq. Etdiyimiz müraciətlərə də baxılmır. Prezident İlham Əliyevin bu haqsızlıqdan, qanunsuzluqdan xəbəri yoxdur. Ona yalan məlumat veriblər ki, zəlzələnin nəticələri tam aradan qaldırılıb. Ancaq gəlin baxın, bu tam yalandı, hansı vəziyyətdə, hansı təhlükədə, hansı şəraitdə yaşayırıq. 07 may 2012-ci il tarixdə baş vermiş zəlzələnin nəticəsi tam aradan qaldırılmayıb.Bu müddət ərzində dəfələrlə baş vermiş yeraltı təkanlar qəzalı evlərimizi daha da yararsız etmişdir. Rayon icra başçısı Mübariz Əhmədzadə bir dəfə də olsun bizim dərdimizlə maraqlanmayıb. Baxmayaraq ki, dəfələrlə qəbulunda olmuşuq , ərizələrlə müraciətlər etmişik. Biz Zəyəm kəndində zəlzələ nəticəsində evləri qəzalı vəziyyətdə olan sakinlər  növbəti həftə Prezident Administrasiyasına qəbula gedəcəyik. İnanırıq ki, cənab İlham Əliyev bizə yaxından kömək edib, tədbir görəcək. Mətbuat vasitəsi ilə cənab prezidentə müraciət edib xahiş edirik. Hörmətli prezident iki ildən çoxdur ki, zəlzələnin nəticəsi aradan qaldırılmadığından zülm-əziyyət  çəkirik,qorxu-həyacan içində yaşayırıq. Hər vaxt evlərimiz uça bilər ki, həyatımız ciddi təhlükə qarşısındadır. Xahiş edirik bizə kömək edin.Ümidimiz Allaha və Sizədir. 

İmza Qədirov Bilal Əhməd oğlu   AZE 04742623
          
         İsayev Ramazan Hacıömər  oğlu  AZE 02237369

         Abakarov Qədir Hüseyn oğlu AZE  01903286 

          Mehrəliyev Rahim Şakir oğlu AZE 04590467

PS.Xatırladaq ki, Zaqatalada baş verən zəlzələdən sonra evləri qəzalı vəziyyətə düşən vətəndaşlara yeni mənzillərin inşası FHN-ə tapşırılıb və tikinti prosesinə rəhbərlik Kəmaləddin Heydərova həvalə olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin