2021-ci ildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə 193 Çağrı Mərkəzi, onlayn çat və sosial şəbəkələr vasitəsilə 73 387 müraciət daxil olub.
Bizim.Media quruma istinadən xəbər verir ki, onlardan 69 675-i 193 Çağrı Mərkəzinin, 3 712-si isə onlayn resursların payına düşüb.
Çağrı Mərkəzinə daxil olmuş müraciətlərin 69 104-ü sorğu və müraciət xarakterli, 571-i isə araşdırma tələb edən məsələlər olub.
Daxil olan müraciətlər əsasən, daşınmaz əmlakın qeydiyyatı, dövlət reyestrindən arayışların verilməsi, xidmətlərə dair dövlət rüsumu və xidmət haqqı, dövlət əmlakının özəlləşdirilməsi və digər məsələləri əhatə edib.
193 Çağrı Mərkəzi həftə içi hər gün saat 9:00-dan 18:00-a qədər fasiləsiz fəaliyyət göstərir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
16:49 / 06.01.2022
Ötən il bu xidmət 73 mindən çox müraciət qəbul edib
Hazırda oxunan: Ötən il bu xidmət 73 mindən çox müraciət qəbul edib
Hazırda oxunan: Ötən il bu xidmət 73 mindən çox müraciət qəbul edib
54129
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.