“Ermənistan” aviaşirkətinin Misirin kurort şəhəri Şarm əl-Şeyxə bugünkü reysi İranın hava məkanının bağlanması ilə əlaqədar təxirə salınıb.
Bizim.Media panorama.am saytına istinadən xəbər verir ki, bu haqda informasiyanı aviaşirkətin mətbuat xidməti yayıb.
Mənbə qeyd edir ki, Yerevan-Şarm əl-Şeyx reysi bu gün saat 21:30-da havaya qalxmalı idi.
“Sərnişinlərimizdən üzr istəyirik. Bildiririk ki, hazırda bütün əməkdaşlarımız sərnişinlərlə əlaqə saxlamaq və problemi həll etmək üçün əlindən gələni edir”, - deyə şirkətdən bildirilib.
Məlumatda İranın öz hava məkanını niyə bağladığı göstərilmir.
Bizim.Media
- A-
- A
- A+
Region
16:46 / 06.01.2022
İran hava məkanını Ermənistan üçün bağlayıb?
Hazırda oxunan: İran hava məkanını Ermənistan üçün bağlayıb?
Hazırda oxunan: İran hava məkanını Ermənistan üçün bağlayıb?
54128
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.