Qırğızıstan parlamentinin (Joqorku Keneş) deputatları fövqəladə iclas üçün bu gün bir araya gələ bilməyiblər.
Bizim.Media “Sputnik Qırğızıstan” nəşrinə istinadən xəbər verir ki, Nazirlər Kabineti KTMT qüvvələrinin tərkibində Qırğızıstan hərbçilərinin Qazaxıstana göndərilməsinə razılıq verməsi üçün parlament iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib.
İşə başlamaq üçün 46 (deputat korpusunun yarıdan çoxu) deputatdan ibarət kvorum tələb olunub. İclas saat 14:00-a təyin olunsa da saat 15:00-a qədər cəmi 39 deputat qeydiyyatdan keçib.
Parlament sədri bildirib ki, “bir çox deputatlar Yeni il bayramı ilə əlaqədar bölgələrdədir”.
Qırğızıstan hərbçilərinin Qazaxıstana göndərilməsi üçün 90 deputatdan 60-nın razılığı tələb olunur.
Prezidentin mətbuat katibi Erbol Sultanbayev qeyd edib ki, hərbçilər bu məsələ parlamentdə təsdiqlənərsə, yalnız sülhməramlı məqsədlə Qazaxıstana göndərilə bilər:
“Onlar etirazçılarla qarşıdurmada iştirak etməməlidirlər”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:59 / 06.01.2022
Qırğızıstan Qazaxıstana hərbçi göndərə bilmədi - Deputatlar iclasa gəlməyib
Hazırda oxunan: Qırğızıstan Qazaxıstana hərbçi göndərə bilmədi - Deputatlar iclasa gəlməyib
Hazırda oxunan: Qırğızıstan Qazaxıstana hərbçi göndərə bilmədi - Deputatlar iclasa gəlməyib
54108
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.