Tokayevdən SƏRT MÖVQE: “Cinayətkarlar layiqli cavablarını almalıdır”

Hazırda oxunan: Tokayevdən SƏRT MÖVQE: “Cinayətkarlar layiqli cavablarını almalıdır”

54065

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkə hökumətinə bir sıra təcili tapşırıqlar verib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya dövlət başçısının saytında yerləşdirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Almatıda onlarla etirazçı məhv edildi - Qazaxıstanda son VƏZİYYƏT


Mənbə qeyd edir ki, Tokayev hadisələrin səbəblərinin müəyyən edilməsi, bütün şəxslərin cinayət və inzibati məsuliyyətə cəlb edilməsi üçün Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, DTX-nın və digər səlahiyyətli strukturların nümayəndələrindən ibarət xüsusi istintaq qrupunun yaradılmasını tapşırıb.

Onun sözlərinə görə, silahlı qüvvələr, DTX, Daxili İşlər Nazirliyi, Milli Qvardiya və digər güc strukturları döyüş hazırlığını artırılmalı, hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər görməlidir.

Şəhid olmuş polis əməkdaşlarının ailələrinə və Silahlı Qüvvələrə layiqli maddi dəstək göstərmək rayonların akimliklərinə (icra başçıları) tapşırılıb.

Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyi Daxili İşlər Nazirliyi ilə birlikdə cinayətkar dəstələrin əməlləri nəticəsində zərərçəkmişlər və itkin düşmüş şəxslər barədə vətəndaşlara məlumatların çatdırılması üçün birbaşa xətt təşkil edəcək.

Qazaxıstan Prezidenti həmçinin diplomatik nümayəndəliklərin, o cümlədən xarici investisiya subyektlərinin və xarici şirkətlərin biznesinin mühafizəsi üçün tədbirlər görməyə göstəriş verib.

Xarici İşlər Nazirliyi ikitərəfli və çoxtərəfli əməkdaşlığın bütün aktual məsələləri üzrə xarici dövlətlər, beynəlxalq təşkilatlar və digər tərəfdaşlarla daimi əlaqələrin saxlanmasını təmin etməlidir.

Həmçinin Nazirlər Kabineti cinayət əməllərindən zərər çəkmiş kiçik və orta sahibkarlığa dövlət dəstəyinin göstərilməsi üçün tədbirlər görməli, Milli Bank vəziyyət sabitləşdikdən sonra bankların və digər maliyyə təşkilatlarının stabil və fasiləsiz fəaliyyətinin bərpasını təmin etməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin