Qazaxıstandakı hadisələrdən sonra rus rublu ucuzlaşdı

Hazırda oxunan: Qazaxıstandakı hadisələrdən sonra rus rublu ucuzlaşdı

54054

Rusiya rublu dollar və avro qarşılığında ucuzlaşıb.

Bizim.Media RİA Novosti-yə istinadən xəbər verir ki, bu haqda informasiya Moskva birjasında yer alıb.

Mənbə qeyd edir ki, Avropa valyutası avqustun 27-dən bəri ilk dəfə 87 rublu, dollar 21 aprel 2021-ci ildən bəri ilk dəfə 77 rublu ötüb. 

Hesablaşmalarda avronun məzənnəsi Moskva vaxtı ilə saat 7:27-də 59 qəpik artaraq 87,41 rubl təşkil edib. Dollar 47 qəpik artaraq 77,27 rubl olub.
Eyni zamanda, Brent markalı neftin mart fyuçersləri 1,36 faiz azalaraq 79,7 dollar/barelə düşüb.

Agentliyə şərhində rusiyalı ekspert Sergey Drozdov Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin KTMT-dən kömək istəməsindən sonra rubl aktivlərinə təzyiqin artdığını bildirib.

Həmçinin, səhər saatlarında ucuzlaşan neft kotirovkaları Rusiya valyutasına qarşı “oynayır”. Digər amil isə investorların Rusiya və ABŞ liderləri arasında yanvarın 10-na planlaşdırılan görüşlə bağlı gözləntiləridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin