Bu ay 6 maqnit qasırğası olacaq - Səhhətinizə təsir edə bilər

Hazırda oxunan: Bu ay 6 maqnit qasırğası olacaq - Səhhətinizə təsir edə bilər

54019

Cari lilin yanvar ayının ortasında Yer kürəsinin sakinləri maqnit qasırğaları ilə üz-üzə qalmalı olacaqlar.

Bizim.Media xəbər verir ki, bu barədə P.N.Lebedeva adına Fizika İnstitutu məlumat yayıb.

Belə ki, 11, 12, 15, 17, 18 yanvar tarixlərində 3 bal gücündə maqnit qasırğası olacaq.

Lakin ən güclüsü yanvarın 16-da qeydə alınacaq. Geomaqnit titrəyişlərin gücü 4 bal olacaq.

Geomaqnit sahəsinin güclü pozulmaları insan sağlamlığına təsir göstərərək baş ağrısı, yorğunluq, əsəbilik, ümumiyyətlə, sağlamlığın pisləşməsinə səbəb ola bilər.

Həkimlər bu günləri özünüzə qulluq etməyə, yağlı qidalardan, spirtli içkilərdən və tütündən uzaq durmağa, stresli vəziyyətlərdən qaçmağa, gərginləşməməyə, mümkünsə təmiz havada gəzməyə çağırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin