Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmə verilməsi qaydasını hazırlayacaq.
Bizim.Media xəbər verir ki, bu, Nazirlər Kabinetinin müvafiq sərəncamında əksini tapıb.
Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Prezident İlham Əliyevin fərmanına əsasən yaradılan Komissiyanın təklifləri əsasında birdəfəlik ödəmənin verilməsi qaydasının layihəsini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
2021-ci il dövlət büdcəsindən ilkin olaraq 50 milyon manat vəsaitin ayrılması ilə bağlı təkliflər 10 gün müddətində Nazirlər Kabinetinə təqdim edilməlidir.
Qeyd edək ki, Prezident İlham Əliyevin 23 dekabr 2021-ci il fərmanına əsasən, 1997-ci il avqustun 2-dək olan xidmət dövründə əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə veriləcək:
1.1. I dərəcə əlilliyə görə – 8 800 manat;
1.2. II dərəcə əlilliyə görə – 6 600 manat;
1.3. III dərəcə əlilliyə görə – 4 400 manat.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
18:00 / 05.01.2022
1-ci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmə ilə bağlı YENİ XƏBƏR
Hazırda oxunan: 1-ci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmə ilə bağlı YENİ XƏBƏR
Hazırda oxunan: 1-ci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmə ilə bağlı YENİ XƏBƏR
53979
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.