Bayram günləri 3 300-ə yaxın təcili yardım çağırışı olub

Hazırda oxunan: Bayram günləri 3 300-ə yaxın təcili yardım çağırışı olub

53952

Bayram günləri təcili tibi yardım çağırışlarının sayı 2800-3300 arası dəyişib.

Bizim.Media xəbər verir ki, bunu Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva Səhiyyə Nazirliyinin "Instagram" səhifəsində canlı yayımda deyib.

Onun sözlərinə görə, çağırış sayı çox olduğundan müəyyən gecikmələrin olması normaldır.

"Bakı şəhəri üzrə 21 bölməmiz, 139 briqadamız var və bayram günlərində bütün briqadalarımız xidmət göstərib. Bu sayda briqada 1700-1800 çağırışı gecikmədən, normal şəkildə yerinə yetirir. Çağırışların sayı çox olanda müəyyən gecikmələr olur", - deyə o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin